AZ

Nuranə Babayeva şöbə müdiri təyin olundu

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətinə yeni rəhbər təyin edilib.

MilliYol.az xəbər verir ki, mətbuat xidməti şöbəsinin müdiri vəzifəsinə Nuranə Babayeva gətirilib.

Yeni təyinat çərçivəsində N.Babayeva Kəlbəcər rayonunda aparılan bərpa və tikinti layihələrini, həmçinin qurumun fəaliyyətini ictimaiyyətə düzgün şəkildə təqdim etməkdə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Nuranə Babayeva bundan əvvəl YAŞAT Fondunda fəaliyyət göstərib.

 

Seçilən
46
1
milliyol.az

2Mənbələr