Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verilib.
Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.