AZ

Məsiyevdən Konfrans Liqasının oyununda 8 sarı vərəqə

style='margin-bottom:10px;'>

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off matçını idarə edib.

QOL.az xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə  başa çatıb.

Məsiyev hər komandadan dörd  futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.

Seçilən
54
4
teleqraf.com

6Mənbələr