AZ

“Lavrov Rusiya və Ukrayna arasında sülh danışıqlarını pozur”- Bloomberg

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya və Çinin Ukraynanın təhlükəsizlik zəmanətlərinə daxil edilməsinin zəruriliyi ilə bağlı açıqlamaları danışıqları faktiki olaraq pozub. Ulusal.az xəbər verir ki, bu barədə  Bloomberg yazır.

Nəşrin qeyd etdiyi kimi, Lavrov Rusiya və Çindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı istənilən sazişin bir hissəsi olmasını tələb edib.

Bu bəyanat Ukrayna prezidenti Vladimir Zelenskinin avqustun 21-də Çinin sülhün qarantı kimi çıxış edə bilməyəcəyini, çünki müharibənin əvvəlində Pekinin Kiyevi dəstəkləmədiyini və əksinə, Rusiyanı dəstəklədiyini söyləyən sözləri fonunda səslənib.

Bloomberg-ə müsahibə verən bir sıra yüksək səviyyəli Avropa rəsmiləri və diplomatlar Lavrovun şərhlərini sülh prosesini ləngitmək cəhdi kimi qiymətləndiriblər. Onlar bildiriblər ki, Rusiya xarici işlər nazirinin bəyanatları Rusiya prezidenti Vladimir Putinin saziş imzalamaq istəyini şübhə altına alır.

Agentliyin mənbələri həmçinin Kremlin Ağ Evi Ukraynaya təhlükəsizlik zəmanəti vermək ideyasından imtina etməyə inandırmağa çalışa biləcəyini də irəli sürüb. Bundan əlavə, onlar hesab edirlər ki, Moskva ABŞ-dan yeni sanksiyaların qarşısını almaq üçün çox güman ki, Zelenski ilə Putin arasında mümkün sammiti aşağı səviyyəli rəsmilərin görüşünə çevirməyə çalışacaq.

Seçilən
10
moderator.az

1Mənbələr