AZ

ABŞ-da 55 milyondan çox xarici ölkə vətəndaşının vizası ləğv oluna bilər

ABŞ-da etibarlı vizası olan 55 milyondan çox insanın vizasının ləğvi və ya deportasiyası ilə nəticələnə biləcək immiqrasiya qaydalarının pozulmasına görə yoxlanıldığı açıqlanıb.

Heftelik.az xəbər verir ki, ABŞ Dövlət Departamenti avqustun 19-da yaydığı bəyanatda ilin əvvəlindən 6000-dən çox tələbə vizasını vaxtı keçmiş vizalar və qanun pozuntuları səbəbilə ləğv etdiyi barədə xəbərləri təsdiqləyib.

ABŞ dövlət katibi Marko Rubio may ayında Fələstin tərəfdarı etiraz və nümayişlərdə iştirak edən tələbələrin viza statuslarını nəzərdən keçirdiklərini və bunların ləğv ediləcəyini açıqladığını bildirib.

Bildirilir ki, 55 milyondan çox viza sahibinin immiqrasiya qaydalarını pozduğu aşkar edilərsə, onların vizaları ləğv oluna və ya həmin viza sahibi deportasiya oluna bilər.

Bu pozuntulara ABŞ-da viza müddətindən artıq qalmaq, cinayət törətmək, ictimai təhlükəsizliyi təhdid etmək, hər hansı terror fəaliyyəti ilə məşğul olmaq və ya terror təşkilatını dəstəkləmək daxildir.

Seçilən
3
3
heftelik.az

4Mənbələr