AZ

Bu rayonda qazanxana kompleksinin tikintisi ilə bağlı 1 milyon manatlıq işlərə başlanılır

Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işlərinə start verilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Dövlət xidməti sözügedən işlərin icrasını "Az Technocon Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1 035 197 manat ödənilib.

İşlərin həvalə olunduğu "Az Technocon Group" MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur.

Seçilən
21
1
day.az

2Mənbələr