Beynəlxalq Kempo Federasiyasının texniki direktoru Rauf İbrahimova ağır itki üz verib.
Offsideplus.az xəbər verir ki, onun oğlu - Ukrayna Kempo-Kenpo Federasiyasının prezidenti Toğrul İbrahimli dünyasını dəyişib.
O, pəncərədən yıxılaraq dünyasını dəyişib.
Qeyd edək ki, T. İbrahimli uzun illər kempo idman növü ilə məşğul olub. O, beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.
Onun atası Rauf İbrahimov isə Azərbaycan Kempo Federasiyasının prezidenti olub. 2010-cu ildə beynəlxalq federasiya onu Azərbaycanda səlahiyyətli nümayəndə təyin edib.
Onlar son illərdə Ukraynada yaşayıblar.