AZ

PTX mayorunun ölüm səbəbi məlum oldu

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) zabiti, mayor Erkin Ələkbərovun ölüm səbəbi məlum olub. 

Hurriyyet.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan vəfat edib. 

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. 

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var. 

Qeyd edək ki, Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

PTX

PTX

Seçilən
21
7
hurriyyet.az

10Mənbələr