AZ

Gəncədə inventarlaşdırılmış quru və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib - FOTOLAR

Gəncə şəhərində inventarlaşdırılmış və nişanlanmış quru və bioloji inkişafdan qalmış ağacların götürülməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib. SİA-nın məlumatına görə, şəhərin küçə, prospekt və parklarında qeydiyyata alınaraq inventarlaşdırılmış və nişanlanmış 500-dən çox quru və qəzalı ağac müəyyən olunduğu bildirilib. Qeyd edilib ki, onların götürülməsi işlərinə başlanılıb.

Götürülən ağacların yerinə iqlim və torpaq şəraitinə uyğun yeni ağacların əkilməsi mövsümdə - sentyabr ayında həyata keçiriləcək. Götürülən ağacların üzərindəki nişanlar yeni əkilən ağaclara bərkidiləcək və ictimaiyyət hər bir ağac haqqında məlumatı www.agac.az səhifəsi vasitəsilə izləyə biləcək.

Qeyd olunub ki, ilk dəfə Gəncə şəhərində pilot layihə kimi tətbiq edilən qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanması layihəsinin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək, şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir.

Quru və qəzalı ağacların götürülməsi və onların yerinə yeni ağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək.

Seçilən
5
7
sia.az

8Mənbələr