AZ

Bu ölkənin çempionu “Neftç”inin “elçi daşı”nın üzərində əyləşdi - Ondan ötrü

«Traktor» Azərbaycan millisinin qapıçısına elçi düşüb.

Təbriz klubu Rza Cəfərova görə «Neftçi»nin qapısını döyüb.

İranın son çempionu gənc kiperi transfer etmək niyyətində olduğunu rəsmən duyurub. «Ağ-qaralar»a təklif göndərən Cənubi Azərbaycan təmsilçisi onları 3 illik müqavilə şərtləri ilə tanış eləyib.

«Traktor» 22 yaşlı «əlcək sahibi»nin keçidindən dolayı «Neftçi»yə 200 min dollardan artıq təzminat ödəməyə hazırdır.

Rzaya bundan əvvəl «Araz-Naxçıvan» maraq göstərib. Premyer Liqanın bürünc medalçısı onu icarəyə götürmək fikrini ortaya qoyub.

Cəfərovun bu mövsüm «Neftçi»də forma geyinmək şansı yüksək qiymətləndirilmir. Çünki Samir Abasov «çərçivə»yə Kenan Piriçi gətirib.

Bosniya və Herseqovina yığmasının qapıçısına böyük məbləğ ödənilib və tərəflər arasında 2+1 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Seçilən
2
sportinfo.az

1Mənbələr