“Fiorentina”nın hücumçusu Edin Dzeko yeni uğura imza atıb.
Msport.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin “Polissya” ilə ilk oyununda iştirak etməklə buna nail olub.
39 yaşlı forvard 70-ci dəqiqədə meydana çıxıb. Dzeko üçün bu matç peşəkar karyerasında 1034-cü olub.
Bu nəticə ilə Dzeko 1033 oyun keçirən əfsanəvi braziliyalı Dani Alveşi geridə qoyub və XXI əsrin ən çox oyun keçirən futbolçuları arasında “10-luq”da yer alıb.