AZ

Flipp Kirkorov səhnədə yıxıldı - Video

Filipp Kirkorov “Yeni Dalğa” musiqi festivalının açılış mərasimində gözlənilməz hadisə ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, Kazanda təşkil edilən möhtəşəm tədbirdə səhnəyə qalxan ifaçı pilləkənlərdə sürüşərək yıxılıb. 

Hadisə tamaşaçılar arasında qısa müddət çaşqınlıq yaratsa da, Kirkorov peşəkarlıq nümayiş etdirərək özünü itirməyib və ifasını davam etdirib. Sezar pizza

Müğənni sanki heç nə baş verməmiş kimi səhnə obrazını qoruyaraq mahnısını sona qədər oxuyub. 

Son günlər Filipp Kirkorovun səhhəti ilə bağlı xoşagəlməz xəbərlər yayılıb. Belə ki, sənətçiyə ikinci tip şəkərli diabet diaqnozu qoyulub. Buna baxmayaraq, o, konsert proqramları ilə tamaşaçılarının qarşısına çıxır.

 


Telegram kanalımız
Seçilən
16
1
yenisabah.az

2Mənbələr