Ötən mövsümü “Çelsi”də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını A Seriyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Roma” 25 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Sanço müqavilə üzrə “Mançester Yunayted” klubuna məxsusdur.
Qeyd edək ki, futbolçu “Roma”ya transfer olacağı halda illik 8,6 milyon avro maaş qazanacaq.