AZ

Neftçi İK nın yeni baş məşqçisi: Bu klubdan təklif alanda düşünmədən qəbul etməlisən

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Neftçi" İK futzal klubunun yeni baş məşqçisi Fuad Rzayev paytaxt təmsilçisinə gəldiyi üçün özünü xoşbəxt sayır.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.

O, üzərində böyük məsuliyyət olduğunu söyləyib: "Bu kluba baş məşqçi təyin olunduğum üçün üzərimdə böyük məsuliyyət var. "Neftçi" Azərbaycanın tarixi komandasıdır. Bu kollektivdən təklif alanda insan düşünmədən qəbul etməlidir. Hazırkı "Neftçi" rəhbərliyində peşəkar şəxslər təmsil olunur. Onlarla çalışmaq çox maraqlı olacaq. Çünki rəhbərlik nə istədiyini bilir və onların hədəfləri var".

F.Rzayev komandaya yeni oyunçuların cəlb olunduğunu vurğulayıb: "Yerli və əcnəbi oyunçuların heyətə cəlb edilməsi üzərində işlər aparırıq. Təbii ki, istədiyimiz effekti almaq bir az vaxt apara bilər. Ölkədə yerli oyunçuların az olması işimizi çətinləşdirir. Lakin rəhbərliyin dəstəyi sayəsində kluba legioner futzalçılar dəvət olunub. Çempion olmağı hədəfləyirik. "Neftçi"nin adı ən yüksəklərdə olmalıdır".

Qeyd edək ki, Fuad Rzayev baş məşqçi postunda İlkin Hacıyevi əvəzləyib. "Neftçi" İK ötən mövsüm Azərbaycan Yüksək Liqasını 43 xalla üçüncü sırada tamamlayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
icma.az

4Mənbələr