AZ

Azərbaycanda diplomatik fəaliyyəti müddəti bitən Peter Mixalko Aİ nümayəndəliyi əməkdaşları iləvidalaşıb

Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanda dörd illik diplomatik xidmətini başa vurmuş səfir Peter Mixalko ilə vidalaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə nümayəndəlik məlumat yayıb.

“Aİ Nümayəndəliyi dörd illik gözəl diplomatik xidmətini Azərbaycanda başa vurmuş səfir cənab Peter Mixalkoya ilə sağollaşdı. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsinə göstərdiyi fədakarlıq və töhfəyə görə ona dərin minnətdarlığımızı bildiririk. Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün həqiqətən də darıxacayıq” məlumatda qeyd olunub.

Seçilən
29
17
redaktor.az

10Mənbələr