Bakı. Trend:
Azərbaycan neftinin bəzi partiyalarında potensial çirklənməproblemləri ilə bağlı görülən son işlər açıqlanıb.
Trend xəbərverir ki, bu barədə bp-nin Xəzər regionu üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında məlumat verib.
"Neft ixracı müəyyən bir rejimlə aparılır. Hazırda təmizləməişləri davam etdirilir. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri iləixrac olunan neftdə aşkarlanan çirklənmə tam aradan qaldırıldıqdansonra ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Xəzərin iri neft-qazlayihələrinin operatoru olan BP Plc şirkəti bəyan edib ki,Azərbaycan neftinin bəzi partiyalarında potensial çirklənməproblemləri barədə məlumat alınıb.
Şirkət bildirib ki, bu problemlər neftdə orqanik xloridlərləəlaqədardır. Qeyd edilib ki, bu kimyəvi maddə kifayət qədərmiqdarda olduqda emal zavodlarına və avadanlığa zərər verəbilər.
Böyük həcmdə Azərbaycan nefti 1768 km neft kəməri ilə TürkiyəninAralıq dənizi sahilində yerləşən Ceyhan limanına daşınır. Bu kəməriBTC Co. (Baku–Tbilisi–Ceyhan Şirkəti) çəkib və bp idarə edir.