AZ

Deputat onun adından yayılan xəbərlərə REAKSİYA VERDİ

Milli Məclisin deputatı Məlahət İbrahimqızı "TikTok" sosial şəbəkəsində onun haqqında yayılan iddialara cavab verib.

News365.az xəbər verir ki, onun Azərbaycandan getməsi və ermənilərə 30 il pensiya verilməsini təklif etməsi ilə bağlı iddilar tamamilə əsassızdır.

Məlahət İbrahimqızı əslən Qərbi Azərbaycandan olduğunu bildirib və 1987–1991-ci illərdə erməni vandalları tərəfindən ailəsinin mülk və evlərinin qəsb edildiyini söyləyib:

"Mən Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.

Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq"

Seçilən
13
news365.az

1Mənbələr