AZ

Müqavilə imzaladığı hücumçunu geri göndərdi, başı dərdə girdi - ŞOK GƏLİŞMƏ!

Azərbaycan klubundan FİFA-ya şikayət olunacaq. İddiaçı David Oliveyra Souzadır.


Problem nədir?


Premyer Liqaya vəsiqə qazanan “Karvan” iyulun 12-də sosial şəbəkə hesabında David Oliveyra Souzanın keçidini ictimaiyyətə təqdim etmişdi.


Xəbərdə son klubu “Zabbar” (Malta) olan 28 yaşlı braziliyalı hücumçu ilə 1 illik sözləşmənin imzalanması barədə xəbər verilmişdi.


Lakin Peşəkar Futbol Liqasına göndərilən sifariş ərizəsində Davidin adı yer almayıb.


Braziliyalı forvard düşərgəyə zədəli halda təşrif buyurub. Məşqlər zamanı kollektivdən geri qalması və tam gücü ilə tər tökə bilməməsi məşqçilərdə şübhə yaradıb. Həkim müayinəsindən sonra səbəbkarın zədəsinin ciddiliyi üzə çıxıb.


Müqavilə

Seçilən
0
1
referans.az

3Mənbələr