“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yenisabah.az xəbər verir ki, yığıncaq sentyabrın 25-i saat 11.00-a təyin olunub.
Yığıncağın ünvanı paytaxtın Neftçilər prospektində yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) müəyyənləşib. pizza hut
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə “Kapital Bank” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi haqqında məsələ daxil edilib.
Telegram kanalımız