AZ

Abşeron rayonunda boya istehsalı zavodunda baş verən yanğın söndürülüb 

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.

Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kvadratmetr olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3 min 500 kadratvmetr olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.

Seçilən
48
3
azerbaijan-news.az

10Mənbələr