2025-ci ilin I yarımili ərzində respublika ərazisində ümumilikdə 9294 təbii və texnogen mənşəli hadisə baş verib.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2244 hadisə və ya 39% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 30 nəfər xilas edilib, 395 nəfər təxliyə olunub.