AZ

102 yaşlı kişi Ginnesin Rekordlar Kitabına düşüb - Fotolar

102

Yaponiyanın 102 yaşlı vətəndaşı üç gün ərzində Fudziyama zirvəsinə qalxmaqla, Ginnesin Rekordlar Kitabına düşüb. İlk dəfə bu cür rekord göstəriciyə nail olan yaponiyalı Kokiti Akuzava Fudziyamanın zirvəsinə qalxan ən yaşlı insandır.

Reyting.az
xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, dağa qalxmaq adətən, təxminən altı saat çəksə də, uzun illərdir ürək çatışmazlığı diaqnozu ilə yaşayan Akuzava yolunu üç günə başa vura bilib. Uzunömürlü hətta iki dəfə dağ sığınacaqlarında gecələməli olub, səhər isə yürüşünə davam edib.



Akuzavanın sözlərinə görə, bu dəfəki yüksəliş əvvəlkindən də daha çətin olub:

"Zirvəyə çatdığıma heyranam. Hamının köməyi olmasaydı, bunu edə bilməzdim. İndi özümü çox xoşbəxt hiss edirəm".

Yaponiyalı rekordçu barədə məlumatda qeyd olunur ki, Fudziyama zirvəsi dəniz səviyyəsindən 3 776 metr yüksəklikdə yerləşir. Akuzava bu zirvəyə 96 yaşında da qalxıb.

Onu da qeyd edək ki, 102 yaşlı bu yaponiyalı rekordçu həm də Qunma Alpinizm Klubunun fəxri sədri kimi tanınır. Kokiti Akuzavanın gündəlik dağ yürüşlərinə çıxdığı bildirilir. 2022-ci ildə o, 99 yaşını qeyd edən zaman 1 272 metr hündürlüyə malik Nabəvariyama zirvəsinə qalxmışdı.



Oqtay QORÇU
Seçilən
69
1
reyting.az

2Mənbələr