"Fənərbağça" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" bu dəfə Edson Alvaresi heyətinə cəlb edib. Oyunçunun özü və klubu ilə razılığa gəlinib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Meksikalı futbolçu icarə əsasında "Fənərbağça"ya transfer olacaq. Onun satınalma məbləği isə 22 milyon avrodur. Türkiyə nəhəngi gələn yay bu məbləği ödəyərək onu birdəfəlik heyətinə qata bilər.

Alvares 2023-cü ildən "Vest Hem"də çıxış edirdi. O, Meksika yığmasının da əsas üzvlərindən biridir.