AZ

"Fənərbağça" Meksika millisinin üzvünü transfer etdi

BAKI, 22 avqust. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Vest Hem"inin futbolçusu Edson Alvaresi transfer edib.

27 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra "sarı-lacivərtlilər"lə müqavilə bağlayacaq.

Qeyd edək ki, Edson Alvares Meksika yığmasının üzvüdür. O, 2023-cü ilin yayında Niderlandın "Ayaks" klubundan "Vest Hem"ə keçib.

Seçilən
35
teleqraf.com

1Mənbələr