AZ

Azərbaycanlı mütəxəssis Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub

Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.

Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

Seçilən
47
1
90deqiqe.az

4Mənbələr