2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 83,5 min ton gips məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, tikinti gipsinin istehsalı 61,4 faiz artaraq 80,7 min tona çatıb.
Dövr ərzində ölkədə 328,5 min ton gips və anhidrit hasil olunub. Bu göstərici 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,9 faiz çoxdur.