Üsküdar Universitetinin Tibb Fakültəsinin 4-cü kurs tələbələri Azərbaycan Tibb Universitetinin dəstəyi ilə 90 günlük təcrübə proqramına qatılıblar.
E-saglam.az xəbər verir ki, proqram çərçivəsində tələbələr Bakı şəhəri 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Təcrübə müddətində tələbələr xəstəxananın gündəlik fəaliyyətində iştirak edərək müasir səhiyyə xidmətləri ilə yaxından tanış olublar. Onların praktiki biliklərə yiyələnməsi və real klinik şəraitdə çalışmaları tibb təhsillərinin mühüm mərhələsini təşkil edir.
Təcrübə proqramının həyata keçirilməsində xəstəxananın baş həkimi, həkim-psixiatr Dr. Leyla Bəşirova və mütəxəssis həkim-psixiatr Dr. Sevinc Ərəbli yaxından iştirak edərək tələbələrin təlim-tədrisinə dəstək göstəriblər.
Üsküdar Universitetinin Azərbaycandakı təmsilçiliyi bu təşəbbüsün təşkilində mühüm rol oynamış, yerli səhiyyə müəssisələri ilə əməkdaşlığın gücləndirilməsinə töhfə vermişdir.
Bu təcrübə proqramının əsas məqsədi gələcək tibb mütəxəssislərinin sahə üzrə daha geniş və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və bacarıqlara sahib olmalarını təmin etməkdir.
Tərcümə: Könül Oruc
E-saglam.az