AZ

Premyer Liqa klubunda gərginlik: Prezidentlə baş məşqçinin arası dəydi

"Nottingem Forest"in baş məşqçisi Nuno Eşpirito Santo tezliklə postundan qovula bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Matteо Moretto məlumat yayıb.

Premyer Liqa klubu 51 yaşlı portuqaliyalı mütəxəssisin istefası variantını nəzərdən keçirir. Əməkdaşlığın pozulmasına səbəb kimi baş məşqçi ilə klub sahibi Evangelos Marinakis arasında yaranan gərginlik göstərilir. Münaqişə hazırkı yay transfer pəncərəsindəki transfer siyasəti fonunda ortaya çıxıb.

Bildirilir ki, "Nottingem" artıq Santpnun əvəzləyiciləri üçün potensial namizədləri öyrənməyə başlayıb.

Seçilən
108
publika.az

1Mənbələr