“Rəqib komandanın futbolçusu da Moyzenin saçından tutub çəkdiyinə görə cəzalandırılmalı idi”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Fiorentina”nın baş məşqçisi Stefano Pioli referi Əliyar Ağayevin qırmızı vərəqə qərarına münasibət bildirərkən deyib.
“Moyze səhv etdi və reaksiya qırmızı vərəqəyə layiq idi. Lakin rəqib də onun saçından tutub çəkməsinə görə cəzalandırılmalı idi. Kinə ürəyim ağrıyır. Amma yəqin ki, bu vəziyyətlərdən dərs alacaq”, baş məşqçi qeyd edib.
Qeyd edək ki, Əliyar Ağayevin “Fiorentina”nın futbolçusuna qırmızı vərəqə verməsi geniş müzakirələrə səbəb olub.
"Cebheinfo.az"