AZ

Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəngəzur dəhlizinin inkişafı da daxil olmaqla, yük daşımaları sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər irəli sürüb.

"Report"un Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

Ş.Mirziyoyev vurğulayıb ki, mövcud və perspektivli nəqliyyat dəhlizlərinin birləşdirilməsi Çini Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirən dayanıqlı transkontinental marşrut yaratmağa imkan verəcək: “Yeni yük axınları Azərbaycan, Türkmənistan və Özbəkistanda infrastrukturun səmərəli şəkildə yüklənməsini təmin etməyə çağırılır”.

Seçilən
69
1
demokrat.az

10Mənbələr