AZ

“Meta” şirkəti “Google” ilə müqavilə imzalayıb

“Meta Platforms” şirkəti “Cloud” xidmətlərindən istifadə etmək üçün “Google” ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 10 milyard dollardan çoxdur ki. Mark Zukerberqin şirkəti bu məbləği altı il ərzində ödəyəcək.

Müqavilə “Meta”ya süni intellekt sahəsində irimiqyaslı layihələrini dəstəkləmək üçün yaddaş, şəbəkə və digər “Google Cloud” xidmətləri daxil olmaqla, lazımi hesablama gücünü almağa imkan verəcək. Bu əməkdaşlıq iki texnologiya nəhəngi arasında bulud texnologiyaları sahəsində ilk böyük razılaşmadır. “Google Cloud” bazarda “AWS” və “Azure”dən sonra üçüncü yeri tutur.

Yeni müqavilə “Meta”nın süni intellekt infrastrukturuna irimiqyaslı investisiyasının bir hissəsidir. Baş direktor M.Zukerberq bu yaxınlarda şirkətin bir neçə böyük süni intellekt məlumat mərkəzinin tikintisinə yüz milyardlarla dollar xərcləyəcəyini bildirib. “Meta” artıq illik kapital xərcləri proqnozunun aşağı hissəsini 2 milyard dollar artırıb. Analitiklər Mandep Sinq və Robert Biggar qeyd ediblər ki, “Meta” hazırda axtarış, kodlaşdırma, real vaxtda kəşfiyyat məlumatlarının toplanması və tərcümədə digər qabaqcıl modellərin populyarlığını nəzərə alaraq, öz “Llama” modelinin əsaslandırma imkanlarını təkmilləşdirmək üzərində işləyir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
38
2
azerbaijan-news.az

3Mənbələr