AZ

Gənclərin II Beynəlxalq Multikulturalizm Forumu

Avqustun 22-27-də  ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə birgə təşkil etdiyi II Beynəlxalq Multikulturalizm Gənclər Forumu keçiriləcək. 

“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusunda məclisin məramı müxtəlif ölkələrin gənclərini bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir. Forumda  dünyanın 50-dən çox ölkəsindən 70-dək təmsilçi iştirak edəcək. 

Bakı, Xankəndi və Şuşa şəhərlərində keçiriləcək panel müzakirələrində, interaktiv sessiyalarda və təlim proqramlarında dünya gənclərinin çoxmədəniyyətli mühitdə sülh quruculuğuna töhfəsi, multikutural dəyərlərin təşviqi məsəsələri diqqət mərkəzində olacaq. İştirakçılar Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

Xatırladaq ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub. Bu forum müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. 

Gənclərin beynəlxalq məclisinin məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.

T.RÜSTƏMLİ
XQ

Seçilən
12
13
xalqqazeti.az

10Mənbələr