Tanınmış jurnalist İsmayıl Yaşaroğlu Qərbi Azərbaycan İcmasından istefa verib.
News365.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat verib.
O, Qərbi Azərbaycan İcmasında tutduğu vəzifədən öz istəyi ilə ayrıldığını bildirib.
Qeyd edək ki, İsmayıl Yaşaroğlu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri vəzifəsini icra edirdi. O bu vəzifəyə bu ilin 21 iyununda təyin edilib.