AZ

“Başdaşıları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub”


Avqustun 22-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Muxtar Həşimov Laçının Cicimli kəndinin işğalı zamanı qəbirlərin başdaşılarının dağıdıldığını, meyitlərin qızıl dişlərinin çıxarıldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Muxtar Həşimov 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.
“Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq.
Qəbiristanlıqda qəbirlərimizin başdaşıları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb”, - deyə o bildirib.
Seçilən
103
26
yeniavaz.com

10Mənbələr