AZ

Veşoviçin yeni klubu məlum oldu

Bu yay “Qarabağ”dan ayrılan Marko Veşoviç karyerasını Zaqreb “Lokomotiv”ində davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.

Qeyd edək ki, M.Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Seçilən
30
2
qafqazinfo.az

9Mənbələr