AZ

Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır

Astara rayonunda 47 yaşlı qadın qətlə yetirilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər mərkəzindəki evlərdən birində qeydə alınıb.

26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovanı bıçaqlamaqda şübhəli bilinir.

Ağır xəsarət alan qadın ölüb.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Seçilən
0
5
day.az

6Mənbələr