Bakı. Trend:
Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrininəvəzlənməsi və qeydiyyatı asanlaşır.
Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidmətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, 14 iyul 2025-ci il tarixində qəbul edilmiş“Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyətorpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması vərazılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsibarədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanununtətbiqi xüsusi önəm kəsb edir.
Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuşyaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayışsahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaqsahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondutorpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdəbələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək.Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrackeçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələbolunmadan təqdim ediləcək.
Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsindəməhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaqsahəsində aparılır:
Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksəkriskli ərazi olduqda;
Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazəverilmədikdə;
Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarındayerləşdikdə.
Bu səbəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılanaraşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşaməlumat veriləcək.
Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövləttərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təminedir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsindətikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlkitorpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətinmülkiyyətinə keçir.
Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlətvəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqlarınqeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.