Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalanıb.
Referans xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün gözəl imkanlar var: “Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta