ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Niderland təmsilçisi PSV Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Pol Vannerin transferini açıqlayıb.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda transferin 15 milyon avroya başa gəldiyi bildirilib.
Qeyd edək ki, P.Vanner 2024/2025 mövsümündə "Haydenhaym”da (Almaniya) icarə əsasında oynayıb. O, 41 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.