AZ

“Neftçi” Premyer Liqanın debütantı ilə qolsuz heç-heçə edib

Misli Premyer Liqasında II tura start verilib.

“İki sahil” xəbər verir ki, turun açılış oyununda çempionatın debütantı “İmişli” ilə “Neftçi” qarşılaşıb. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra Bakı klubunun 2, bölgə təmsilçisinin isə 1 xalı var.

Günün ikinci qarşılaşmasında son çempion “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. "Azərsun Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, turun digər oyunları avqustun 23, 24 və 25-də olacaq.

Seçilən
2
ikisahil.az

1Mənbələr