AZ

DİQQƏTLİ OLUN! Bu halda kommunal xidmətiniz kəsiləcək...

Bir çox hallarda vətəndaşlarla kommunal xidmət əməkdaşları arasında borcun ödənilməməsinə görə, kommunal xidmətin dayandırılması halında mübahisələr yaranır.

Vətəndaşlar isə bu haldan narazı olduqlarını bildirirlər və qısa müddət ərzində kommunal xidmət əməkdaşlarının xidməti dayandırmaqda günahlandırırlar.

 

Bəs bu məsələdə qanunvericilik nə deyir? Kommunal xidmət göstərən qurumlar tərəfindən vətəndaşlara verilən kommunal xidmətin dayandırılması nə zaman mümkündür?

 

Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi Referans-ın sorğusuna cavab oluaraq bildirib ki, su sərfiyyatı ilə bağlı aylıq bildiriş təqdim olunduqdan sonra abonent bildirişdə göstərilən məbləği 1 ay müddətində ödəməlidir.

“Bu müddət cari ay üzrə yaranmış borca əsasən tətbiq edilir. Müddət bitdikdən sonra borcun ödənilməməsi halında su təchizatının dayandırılması qanunvericiliyə tam uyğun hesab olunur. Həmçinin su sərfiyyatı ilə bağlı borcu olan abonentlərə belə şərait də yaradılır:

-         Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.

-         Bunun üçün siz İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsinizi və abonent kodunu təqdim etməlisiniz.

-         Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır.

-         Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır.

-         Xüsusilə diqqətə çatdıraq ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır.

-         Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”.

 

“Azəriqaz” İctimai Birliyindən verilən məlumatda isə qeyd edilib ki, abonent 30 gün müddətində istehlak etdiyi qazın ödənişi ilə bağlı əməkdaşlarımız tərəfindən bildiriş alır.  Bu bildirişdə qeyd olunur ki, 30 gün müddətində istehlak olunan qazın ödənişi ödənilməlidir. 

 

“Əgər 30 gün müddətində məbləğ ödənmirsə, Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, abonentə verilən qazın verilişi dayandırılır. Bu məbləğin isə konkret olaraq həddi yoxdur. Yəni bir ay ərzində istehlak olunan qazın ödənişi mütləq ödənilməlidir”.

 

Digər kommunal xidmət göstərən qurumlardan olan “Azərişıq” ASC-dən də redaksiyamizin ünvanladığı sorğuya cavab olaraq verilən məlumatda da digər kommunal xidmət sahələri kimi elektrikdə də ödəniş bildirişinin vətəndaşa təqdim olunduğu gündən etibarən 1 ay ərzində ödəniş edilmədiyi təqdirdə kommunal xidmətin dayandırılmasına icazə var.

 

Fidan Vəlisoy 

Seçilən
3
referans.az

1Mənbələr