ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
"Alıcılarımız var. Onu almaq istəyən çox ciddi amerikalı alıcılarımız var. Mən “TikTok” pərəstişkarıyam. Uşaqlarım “TikTok”u sevirlər. Gənclər “TikTok”u sevirlər. Və biz bunu etməyə davam edə bilərik, lakin təhlükəsizlik məsələlərini izləyəcəyik ", - Ağ Ev lideri əlavə edib.
Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin lideri Si Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək niyyətindədir.
Qeyd edək ki, “Reuters”in xəbərinə görə, Ağ Ev “TikTok”da rəsmi hesab açıb.