AZ

“Zəngəzur dəhlizinin nə olduğunu bilirəm” –Lukaşenko Trampa nə deyib?

“Mən Trampı Ermənistan və Azərbaycanla bağlı sülh sazişinə  görə təbrik etdim“.

AzPost bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti ilə danışıqlarını şərh edərkən deyib.

“Hər halda bu bu böyük bir müsbət işdir. Mən ona dedim ki,  “afərin, fürsət tapıb tərəfləri danışıqlar masasına əyləşdidin, ermənilərlə, azərbaycanlılarla belə bir müqavilə bağladınız”-deyə Belarus lideri vurğulayıb.

“Mən bu Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Azərbaycanla əlaqə yaratmaq çox lazım idi. Onlar az qala bütün bunların sahibi olacaq, nəzarət edəcəklər. Bu, böyük bir şeydir. Təbii ki, iranlıların xoşuna gəlmir, çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməyəcək. Bu, sülh müqaviləsidir. Onlar bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcəklər, Azərbaycan öz regionu ilə təkcə hava yolu ilə birləşməyəcək. O, buna layiq idi və mən də onu təbrik etdim”- deyə Lukaşenko qeyd edib.

AzPost.az

Seçilən
3
1
azpost.info

2Mənbələr