AZ

Bu ölkədə isti havaya görə 2 mindən çox insan həyatını itirib

Bu il yayın əvvəlindən avqustun 16-dək İspaniyada 2 min 405 nəfər güclü istilər səbəbindən həyatını itirib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2024-cü il mayın 15-dən sentyabrın 30-dək ümumilikdə 2 min 12 nəfər istidən ölüb. 2023-cü ildə bu göstərici 3 min 7, 2022-ci ildə isə 4 min 789 olub.

İspaniyada istilərlə əlaqədar həyatını itirənlərin əksəriyyəti yaşlılar, xroniki xəstələr və sosial cəhətdən həssas təbəqələrdən olanlardır.

Səhiyyə orqanları əhaliyə günorta saatlarında çölə çıxmamağı, bol su içməyi və sərin məkanlarda qalmağı tövsiyə edib.
Seçilən
0
4
sherg.az

5Mənbələr