Misli Premyer Liqasında II turun görüşləri bu gün başlayıb.

Offsideplus.az xəbər verir ki, günün sonuncu qarşılaşmasında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Macarıstan səfərindən qayıdan "köhlən atlar" bu mövsüm Premyer Liqada ilk oyununa çıxıb. Onların "Sabah"a qarşı keçirilməli olan oyunu təxirə salınmışdı.

"Sumqayıt" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edərək çempionata başlayıb.

Misli Premyer Liqası, II tur

22 avqust (cümə) 19:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

“Azersun Arena”


Qol: Ronaldo Vazqez (72')



Heyətlər:

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev , 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata