AZ

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu

Avqustun 22-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət ediblər. Onlar Ulu Öndərin xatirəsini yad edib, abidənin önünə gül dəstələri qoyublar.

Daha sonra Həştərxanda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib.

İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib.

Daha sonra hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası baş tutub.

İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.

Seçilən
19
17
publika.az

10Mənbələr