AZ

“Nə Tarkan, nə də Castin konsertində belə bilet izdihamı yaşanıb...

"Nə Tarkan, nə də Castin Timberleykin konsertində oxşar bilet izdihamı yaşanıb. Məncə bilet satışında ölkə tarixində yeni rekord qeydə alınacaq. Yəqin sabaha biletlər tamamilə bitəcək".

Publika.az xəbər verir ki, bu haqda idman jurnalisti Sənan Şəfizadə avqustun 27-də baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" matçının bu gün satışa çıxarılan biletləri ilə bağlı paylaşımında bildirib.

O qeyd edib ki, bu dəfə hətta bahalı biletlərə növbə izləmək maraqlıdır:

"Deməli inam, etimad olanda stadiona gələnlər çox olur. Təəssüf olsun ki, insanlar ancaq avrokuboklara can atır. Bu gün milli çempionatda "Qarabağ"ın oyunu var. Həmin komanda, həmin məşqçi və həmin futbolçular. Adam istəyərdi milli çempionatda da anşlaq olsun. ÇL ərəfəsində komanda tribunada boş yer görməsin. Axı sevgi qarşılıq tələb edir. "Qarabağ" çempionatda da qələbə qazanmağa çalışır. Lakin komandanı həmin tribunalar dəstəkləmir".

Seçilən
1
7
publika.az

8Mənbələr