AZ

Lukaşenko Trampı Bakı ilə İrəvan arasında imzalanan sülh sazişinə görə təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla söhbətində onu Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sazişlərin imzalanması münasibətilə təbrik edib.Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Belarus lideri jurnalistlərlə söhbətində deyib.

“Mən onu Ermənistan və Azərbaycanla bağlı təbrik etdim. Axı bu, böyük müsbət haldır. Mən ki, Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Bunu (Naxçıvanı – Qeyd) Azərbaycanla birləşdirmək həqiqətən lazım idi. Bu sülh müqaviləsidir. Onlar (ABŞ – Qeyd) bu dəhlizin Ermənistan ərazisindən keçməsinə kömək edəcəklər. İki ərazi olacaq. Azərbaycan öz bölgəsi ilə (Naxçıvana - Qeyd) təkcə hava yolu ilə bağlı deyil. O (Tramp - Qeyd) buna layiq idi. Mən də onu təbrik etdim”.

Seçilən
14
16
metbuat.az

10Mənbələr