İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində patrul qruplarına silahlı hücum nəticəsində polis əməkdaşları həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, silahlı qrup Həş-İranşəhr yolunda nəzarət-buraxılış məntəqəsində iki patrul dəstəsinə hücum edib.
Hücum zamanı 5 polis əməkdaşı həlak olub.
Hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.