AZ

İngiltərədə miqrant əleyhinə etirazlar

İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə anti-miqrant aksiyaları elan olunub.

Modern.az “Independent”ə istinadla xəbər verir ki, aksiyaların İngiltərənin müxtəlif şəhərlərində həftəsonu keçirilməsi planlaşdırılıb.

Bu gün İngiltərənin Portsmut şəhərində keçirilən aksiyada anti-immiqrasiya tərəfdarları ilə əks-etirazçılar üz-üzə gəlib. Polis iki qrup arasında məsafə saxlanmasını təmin edib. Anti-immiqrant qrup “Onları evlərinə göndərin” şüarı səsləndirərkən, əks-etirazçılar “Qaçqınlar burada xoş qarşılanır” deyə cavab veriblər.

Qeyd edək ki, Esseksdəki “The Bell Hotel” qarşısında keçirilən aksiyadan sonra etirazların sayı artıb. Norviçdə keçirilən nümayiş zamanı iki nəfər saxlanılıb. /modern.az/

Seçilən
0
3
turkustan.az

4Mənbələr